Topaz Premyer Liqasının XV turu Azərbaycan millisinin sabiq
futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi
ölkə çempionatında 250-ci matçına çıxıb.
Hazırda "Sumqayıt”ın şərəfini qoruyan
milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun
keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner
kimi də tarixə düşüb.
Yubileyi "Simurq”la qarşılaşmaya təsadüf edən
yarımmüdafiəçi Premyer Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci
mövsümündə, 6-cı klubla çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub.
Qeyd edək ki, Azərbaycan çempionatlarının oyun sayında rekordçusu Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var.