Dorinel Muntyanu "Qəbələ"nin baş
məşqçi postundan getmək istədiyini klub rəhbərliyinə bildirib. Bu barədə Sportnet.az-a klubun
baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, Muntyanu getməkdə israrlıdır. Amma rumıniyalı
mütəxəssislə bəzi məsələlərin müzakirəsindən sonra "Qəbələ"
rəhbərliyi yekun qərar verəcək: "Biz bilmək istəyirik ki, Muntyanunu
getməyə vadar edən səbəblər nədir? Əgər futbolçulardan narazıdırsa, bütün
transferlər özünün istəyilə həyata keçirilib. Hazırkı "Qəbələ"ni
demək olar ki, Muntyanu hazırlayıb".
Əzizov klubun qərarının gün ərzində məlum olacağını da əlavə edib.