
Neftçi PFK-nın və milli komandanın qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt” klubu ilə müqavilə imzalayıb. Spornet.az-ın məlumatına görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Balayev adı çəkilən komandanın şərəfini qoruyacaq. Gənc qapıçı dekabrın 14-ü "Neftçi” – "Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq.