
AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK ölkə çempionatının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının XVI turunun "Bakı” – "Xəzər Lənkəran” matçında "Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XVI turunun "Qəbələ” – "Qarabağ” matçının 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib.