Dünya
çempionatının startına sayılı günlər qalıb. Sportnet.az mundial itirakçıları ilə
bağlı 32 bilmədiyiniz maraqlı faktı diqqətinizə çatdırır.
Braziliya
Braziliyanın
rekordlarının sayı-hesabı yoxdur. Hamıdan çox dünya çempionu olmaları bir yana,
onlar mundialda ən çox qol vuran (210) və qələbə qazanan (67) komanda olmaları
ilə də öyünə bilərlər.
Xorvatiya
Zaqreb
"Dinamo”su və "Hayduk”da heç vaxt forma geyinməyən cəmi 3 futbolçu var.
Bunların arasında ən tanınmışı "Sevilya”nın şərəfini qoruyan İvan Rakitiçdir.
Maraqlıdır ki, o, nəinki bu 2 klubun, ümumiyyətlə, heç vaxt Xorvatiya təmsilçilərinin
formasını geyinməyib.
Meksika
Məlum
məsələdir ki, qrup mərhələsinin ən bahalı biletləri meydan sahiblərinin
iştirakı ilə keçirilən oyunlara olacaq. Ancaq ən bahalı biletlər DÇ-nin açılış
matçı - Braziliya – Xorvatiya görüşünə deyil, pentakampeonların Meksikayla
matçına dır. Həmin qarşılaşmanın biletlərinin orta qiyməti 2854,5 dollar təşkil
edir. Hətta ¼ final oyunlarının biletləri azarkeşlərə daha ucuz başa gələcək.
Kamerun
Bu,
Kamerun yığması üçün sayca 7-ci dünya çempionatı olacaq ki, Afrika təmsilçiləri
arasında bu, rekord göstəricidir. Kamerun indiyədək final mərhələlərində 20
oyun keçirib. Yəqin hamının yaddaş kitabçasında kamerunlu Roje Millanın – vurduğu
qolların qeyri-adi qeyd etməsi hərəkətinin atası olması həmişəlik həkk olunub.
İspaniya
Təmsil
etdiyi qitədən kənarda dünya çempionu titulunu qazanmış yeganə Avropa təmsilçisi.
Hollandiya
Əbədi
ikincilər. Dünya çempionatlarında 3 dəfə final oynayıblar. Ancaq bir dəfə də
olsun mundialda qalib gələ bilməyiblər.
Çili
Çili
yığması 3 dəfə qrupdan çıxmağı bacarıb. Bütün hallarda onların qarşısını
Braziliya kəsib.
Avstraliya
Mundiala
aparılan avstraliyalı müdafiəçilərdən heç biri yığmanın heyətində qol vurmayıb.
Kolumbiya
Ekvador,
Qonduras və Kosta-Rika yığmalarının "sükanı arxası”nda kolumbiyalı mütəxəssislər
dayanıb. Maraqlıdır ki, Kolumbiyanı Argentina pasportuna sahib mütəxəssis
çalışdırır.
Yunanıstan
Yeganə
Avropa çempionlarıdır ki, dünya çempionatlarında qrup mərhələsindən o yana gedə
bilməyiblər.
Kot-d’İvuar
Ən azmkar afrikalılar. "Qara qitə”nin yeganə təmsilçiləridirlər ki, dünya
çempionatlarında hesabda 2 top fərqi ilə geri düşüb, yekunda qalib gəliblər. Onlar
bu aqibəti 2006-cı ildə Serbiya və Çernoqoriyaya yaşadıblar.
Yaponiya
Yaponiya 4 dəfə mundialda iştirak edib. Əgər "qıyıqgözlər” qrup
mərhələsində 2 Avropa və 1 Afrika təmsilçisi ilə üz-üzə gəlirlərsə, mütləq
növbəti mərhələyə vəsiqə qazanırlar. Cənubi Amerikadan olan yığma asiyalılarla
eyni qrupa düşdüyü halda isə onlar daim sonuncu yeri tuturlar.
Uruqvay
Cənubi Amerkanın 5 baş hakimi dünya çempionatının oyunlarını idarə
edəcək. Bu qitədən turnirdə 6 yığma iştirak edir. Uruqvay Cənubi Amerikadan mundialda
milliylə təmsil olunub, hakim göndərməyən yeganə ölkədir.
Kosta-Rika
DÇ-2014-ün ən ucuz komandası. Braziliyanın Pluri Consultoria agentliyinin
versiyasına görə, Kosta-Rika yığmasının ümumi dəyəri 20 milyon avro təşkil
edir. Müqayisə üçün qeyd edək ki, ən bahalı – Braziliya yığmasının dəyəri 500
milyon avrodur.
İngiltərə
"Liverpul”u hazırkı heyətin özülü saymaq olar. "Qırmızlar” İngiltərə
yığmasında 6 futbolçuyla təmsil olunublar.
İtaliya
Yeganə yığmadır ki, heyətində FİFA-nın 100 illik yubileyinə həsr olunmuş "əsrin
yığma”sına Pele tərəfindən salınan futbolçu yer alıb.
İsveçrə
İsveçrə 3 dəfə Avropa çempionatına vəsiqə qazanıb və hər 3 halda qrup
səddini aşa bilməyib. Dünya çempionatlarının statistikası isə daha uğurludur.
İsveçrə üç dəfə dünya çempionatlarında ¼ final mərhələsinədək irəliləyə bilib.
Ekvador
Ekvador Futbol Federasiyası (EFF) 11 nömrəli maykanın istifadəsini ləğv
etmək istəyir. EFF bu qərarı 1 il öncə dünyasını dəyişmiş Kristian Benitesə
görə vermək niyyətindədir. Ancaq bu mundialı yığma komanda keçmiş komanda
yoldaşına həsr edib və 11 nömrəli mayka Felipe Kaysedoya verilib.
Fransa
1998-ci ildə Fransa dünya çempionu olduğu vaxt heyətə İtaliyanın A
seriyasından 7 futbolçu cəlb olunmuşdu. Zaman dəyişir, 16 il ərzində
fransızların İtaliyadan ayaqları yığışıb. İndi A Seriyasından milliyə cəmi 1
futbolçu dəvət olunub.
Qonduras
Mundial iştirakçıları arasında yeganə yığmadır ki, indiyədək dünya
çempionatlarında qələbə qazana bilməyib.
Argentina
Qonsalo İquain Argentina tarixində yığmanın heyətində dünya
çempionatlarında 1 oyunda 3 qol vurmuş yeganə futbolçudur (DÇ-2010-da Cənubi
Koreyanın qapısına). Ümumilikdə isə bu DÇ-də iştirak edəcək futbolçular
arasında onunla yanaşı, eyni qəhrəmanlığa daha bir oyunçu imza atıb. Bu,
Almaniya millisinin forvardı Miroslav Klozedir.
Bosniya və Herseqovina
İştirakçılar arasında yeganə yığmadır ki, bu dünya çempionatı onlar üçün
ilk belə hadisədir.
İran
Asiyadan olan ölkələr arasında FİFA-nın reytinq cədvəlində ən yüksək
yerdə qərarlaşıb.
Nigeriya
Afrikadan olan yeganə yığmadır ki, dünya çempionatlarında ardıcıl iki
dəfə qrup mərhələsini 1-ci pillədə başa vurub: 1994-də nigeriyalılar
Bolqarıstan, Argentina və Yunanıstanı, 4 il sonra isə Paraqvay, İspaniya və elə
həmin Bolqarıstanı arxada qoyublar.
Almaniya
Dünya çempionatlarının final qarşılaşmalarında ən çox məğlub olan yığma.
Almanlar 4 dəfə (1966, 1982, 1986, 2002) bu aqibəti yaşayıblar.
Portuqaliya
Portuqaliyanın ən yüksək nailiyyəti 1966-cı ildə əldə etdiyi 3-cü yerdi.
Qeyd edək ki, bürünc medallara portuqaliyalılar Anatoli Banişevskinin də
formasını geyindiyi SSRİ yığması ilə görüşdə qalib gələrək, sahib olublar.
Qana
"Yeni ruslar”ın komandası. Qana yığmasının heyətində Rusiya Premyer
Liqasında çıxış edən 3 futbolçu yer alıb.
ABŞ
Komandanın baş məşqçisi Yurgen
Klinsmann olmaqla yanaşı, ABŞ yığmasında həm də Almaniya vətəndaşı olan 5
oyunçu yer alıb.
Belçika
Avropanın ən gənc yığmasıdır. Belçika millisinin futbolçularının orta
yaşı - 26 yaş 15 gündür.
Əlcəzair
Avropa təmsilçisini dünya çempionatlarında məğlub etmiş ilk yığma.
1982-ci ildə Əlcəzair AFR üzərində 2:1 hesablı qələbə qazanmışdı.
Rusiya
Dünya çempionatı iştirakçıları arasında yeganə yığmadır ki, heyətindəki
futbolçuların hamısı bu mövsüm eyni çempionatda çıxış ediblər.
Cənubi Koreya
Dünya çempionatının yarımfinalınadək irəliləməyi bacaran yeganə Asiya təmsilçisidir.