
Qəbələ şəhər stadionunda "Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk ictimaiyyətə təqdim edilib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ilk olaraq bunları deyib:
"Mən çox şadam ki, "Qəbələ”dəyəm. Bizim rəhbərliklə görüşümüz öncə baş vermişdi və klub haqda məlumatım var idi. Burada mükəmməl infrastrukturu, şəraiti gördüm. Mən qarşıma məqsəd və tapşırıqlar qoyuram.
Daha sonra R.Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
-Yayda da danışıqlar olmuşdu. Anlaşa bilməməyinizin səbəbi nə idi?
-Həmin vaxtı hesab edirdim ki, "Çernomorets”də qalmaq mənim borcumdur.
Ancaq indi vəziyyət başqadır və buraya gəlmək imkanım vardı.
-"Qəbələ”nin turnir cədvəlində vəziyyəti hazırda yaxşı deyil. Mövsümün sonunda çempionluq hədəfinə çatmaq mümkün olacaq?
-Hazırda "Qəbələ” lyiq olduğu
yerdə deyil. əlbəttə ki, hədəf dəyişilməz olaraq qalır. Düzdür, xal fərqimiz
çoxdur. Ancaq nəinki biz, hətta ilk pillədəki komanda üçün də olduğu mövqeni
qoruyub saxlamaq çətindir. Çtin olacaq, ancaq hədəfimiz dəyişməz olaraq qalır.
-Heyətdə dəyişikliklə bağlı fikirləriniz var?
-Bura gəlməzdən öncə də "Qəbələ”nin oyunlaırna baxmışam və burada da 3 oyunu canlı izləmişəm. Təbii ki, hədəfə çatmaq üçün dəyişiklər olacaq. Ancaq bunu açıqlamağa ehtiyac yoxdur.
-Konkret rəqəm açıqlamasanız da, Ukrayna "Çernomorets”i ilə burada
alacağınız məbləğ eynidir?
-Müqaviləmdə belə bir şey yazılıb ki, qiymətlə bağlı açıqlama verə
bilmərəm. Əgər klub açıqlamaq istəyirsə, edə bilər.
-Sabiq komandanızın qapıçısını "Qəbələ”yə gətirmək istədiyiniz doğrudur?
-Dəyişiklik olacaq, amma kimlərin olacağını deyə bilmərəm. Əgər öz fikrimi bilmək istəyirsinizsə, deyə bilərəm ki, bəli mən o qapıçının komandamda oynamasını istərdim.
-Artıq 3 oyun canlı izləmisiniz.
Komandada lider futbolçuya ehtiyac var?
-Heç vaxt istəməzdim ki, oyunun taleyi bir və ya iki oyunçudan asılı
olsun. Hər bir nsan fərqlidir və bu fərqli
xüsusiyyətlə onları ldierə çevirmək bacarığı lazımdır.
-Yuri Syomin "Qəbələ”də çalışıb. Rusiyalı mütəxəssis Ukraynada daişləyib. Onunla bura gəlişiniz haqda söhbətiniz olub?
-Qışda yox, amma yay mövsümündə Syominlə danışmışam. O mənə burada hər şeyin gözəl olduğunu deyib. Mən "Qəbələ” rəhbərliyi ilə danışarkən Syominin dediklərinin doğru olduğunu gördüm.
Fariz Nəcəfov: "Yerli məşqçilər klub strategiyasına uyğun gəlmirlər"