
"Xəzər Lənkəran" daha bir futbolçu ilə yollarını ayırıb. Belə ki, komandanın aparıcı futbolçusu Elnur Abdullayev "ağ-yaşıllar"ı tərk edib. Bu barədə Sportnet.az futbolçunun özü məlumat verib.
O bildirib ki, bu gün klub rəhbərliyi ilə görüşüb və komandadan ayrılıb: "Klub rəhbərliyi ilə görüşdüm və yollarımızı ayırdıq. Daha doğrusu onlar mənə yeni müqavilə təklif etmədilər. Dedilər ki, artıq klubda gəncləşdirmə siyasəti aparırıq".