
Zaqatalanın
"Simurq” klubu "Xəzər Lənkəran”ın iki futbolçusunu heyətinə qatmaq istəyir.
Sportnet.az xəbər verir ki, "sarı qaralar” hər iki futbolçuya rəsmi təklif göndərib.
Lakin
problem ondadır ki, digər yerli futbolçuların əksəriyyəti ilə yollarını ayıran
cənub klubu bu iki futbolçunu heyətdə saxlamaq istəyir. Zaqatala təmsilçisi də
məhz onların transferində israrlıdı. Hələ yay transfer dönəmində onları heyətə
qatmaq istəyən Çıxradze buna nail ola bilməmişdi. Amma o, hazırda Lənkəran təmsilçisində
yaranan vəziyyətdən istifadə etmək niyyətindədi.
Bu transferlərin gerçəkləşməməsinə digər səbəb odur ki, həm Tural Cəlilov, həm də Rasim Ramaldanov "ağ-yaşıllar”ın heyətində qalmaqda israrlıdırlar.