İdman
Araşdırmalar Mərkəzi (İAM) "Xəzər Lənkəran”la birgə klubun 10 illik yubileyinə
həsr olunmuş daha bir layihəni yekunlaşdırıb. Sportnet.az xəbər verir ki, bu dəfə İAM klubun tarixi ərzində
ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçib.
Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman
jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və
Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim
aparmaları təklif edilib. Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi
və yarımmüdafiəçi, 6-sı isə hücumçu olub. Həmkarlarımız bu siyahıdan ən yaxşı
yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan
oyunçuları seçiblər.
Nəticələr belə olub:
Simvolik komanda:
I. Qapıçı:Kamran Ağayev (32 səs)
II. Mərkəz müdafiəçiləri (2):Adrian Skarlatake (30), Elvin Begiri (13)
III. Sağ cinah müdafiəçisi:Füzuli Məmmədov (25)
IV. Sol cinah müdafiəçisi:Radomir Todorov (15)
V. Dayaq yarımmüdafiəçisi:Rahid Əmirquliyev (29)
VI. Mərkəz yarımmüdafiəçisi:Mario Souza (18)
VII. Sağ cinah yarımmüdafiəçisi:Julius Vobay (17)
VIII. Sol cinah yarımmüdafiəçisi:Adrian Pit 22)
IX. Hücumçular (2):Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)
X. Ən yaxşı yerli futbolçu:Rahid Əmirquliyev (14)
XI. Ən yaxşı legioner:Oqtay Dərəlioğlu (11)
Qeyd edək ki, sorğuya elə namizədlərinsayı qədər - 33 respondent qatılıb.