
"Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirib. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” heyətini "Xəzər Lənkəran"dan ayrılan Rəşad Sadiqovla gücləndirib.
Bu gün 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, Sadiqov karyerası ərzində "Bakı fəhləsi”, "Şəfa”, MOİK-in,"Qarabağ”, "Neftçi” və "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.
Qeyd edək ki, Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.