
UEFA 2014-2015-ci il mövsümünün ilk yarısında Azərbaycanda oynayan 7 ən yaxşı legionerin adını
açıqlayıb. Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlar ilk
2 dövrədə həm oynadıqları oyunlara, həm də davamlı meydanda olduqlarına görə
seçiliblər.
Legionerlər
müxtəlif cür olur. Bəziləri getdikləri ölkənin çempionatına öyrəşə bilmir və
getmək istəyirlər. Amma elələri də var ki, adaptasiya prosesini tez keçir,
qollar vurur, ötürmələr verir və lider futbolçulara çevrilirlər. Ola bilər ki,
statistikada onlar zəif olur. Lakin öz işlərini vicdanla yerinə yetirir,
komandasına kömək edirlər. Siyahımızda yer alan futbolçular da belələridi.
Leroy Corc ("Qarabağ”), yarımmüdafiəçi, 27 yaş
Aleksandr Amsulaşvili ("İnter”), müdafiəçi, 32 yaş
Karlos Kordozo ("Neftçi”),müdafiəçi, 30 yaş
Adrian Skarlatake ("Xəzər Lənkəran”), müdafəçi, 30 yaş
Draqan Çeran ("Simurq”), hücumçu, 27 yaş
David Meza-Kolli ("İnter”), yarımmüdafiəçi, 26 yaş
Muarem Muarem ("Qarabağ”), yarımmüdafiəçi, 26 yaş