Türkiyə
PTT I liqa təmsilçisi "Elazığspor”da çıxış edən Cavid İmamverdiyevin qardaş ölkə
klubundan müəmmalı ayrılğı davam edir. Sportnet.az xəbər verir ki, hazırda
Bakıda olan yarımmüdafiəçinin "Neftçi”də çıxış edəcəyi deyilir.
Lakin Türkiyənin "TRT 1” kanalı Cavid İmamverdiyevin zədə səbəbindən düşərgəni tərk etdiyini və Azərbaycana gəldiyini bildirib. PTT I liqanın XV turunda oynanılan "Kayserispor” – "Elazığspor” matçının yayımı zamanı komandalarda olan itkilərdən danışan kanal şərhçisi İmamverdiyevin heyətdə olmamasını zədə ilə əlaqələndirib.