Almaniyanın "Ayntraxt" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin gənc qapıçısı Emil Balayevin Sportnet.az saytına müsahibəsi
- "Ayntraxt”ın düşərgəsinə nə vaxt gedəcəksiz?
- Yanvarın 3-də "Ayntraxt”ın düşərgəsinə qoşulacam. Komanda ilə birlikdə təlim-məşq toplanışı keçirəcəyik.
- Müqavilənizin müddəti nə qədərdi?
- 1,5+2 illik müqavilə bağlamışam. İnanıram ki, bu müddət bitdikdən sonra daha uzun müddətli olacaq. Hər şeyin mənim üçün yaxşı olacağına inanıram.
- Orda yoxlanışda olduğun vaxt necə keçdi?
- Hər şey yaxşı oldu. Artıq 3-cü məşqdən sonra komandanın məşqçisi məndən razı olduğunu bildirdi.
- Sonra artıq deyildi ki, səninlə müqavilə bağlayacağıq?
- Yox, əvvəlcə rəhbərliyə məlumat verdilər ki, biz bu qapıçı bəyənmişik. Sonra isə müqavilə şərtlərini danışdıq. Sonda rəsmi müqavilə imzaladım. Hər şey ürəyimcə oldu.
- Sizə əsas heyətdə oynamaq üçün təminat verdilər?
- Yox, belə bir təminat verilməyib. Sadəcə şansı özüm qazanmalıyam. Özümü sübut etməyə və əsas heyətdə daimi oynamağa çalışacağam. Hər şeyin yaxşı olacağına ümid edirəm.
- Düşünmürsən ki, səni də legioner həyatı yaşayan futbolçularımız kimi uğursuz karyera gözləyə bilər?
- ELə düşünmürəm. Çünki özümə güvənirəm. Əgər gedib Almaniyada baxışdan uğurla keçdimsə, deməli əsas heyətdə oynamaq üçün də şans qazana bilərəm.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |