Erməni idmançılar Avropa Oyunları vaxtı qalib gəlsələr, himnlərini səsləndirməyə və bayraqlarını ucaltmağa hazır olmalıyıq. Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan himni çalınarkən, meydana kənar əşya atılmamasın yönündə təbliğat aparılmalıdır: "Demokratik ölkədə yaşayırıq. Biz hansısa məsələdə bunlara qarşıyıq. Özümün ana tərəfim Şuşadandır. Sözsüz ki, hamımızın hissiyyatımıza toxunan məsələdir. Ermənilərin himni səsləndirilərkən, fit çalmaq olar, amma nəsə atmaq olmaz. Biz özümüzü həqiqətən də yüksək keyfiyyətli xalq kimi göstərməliyik. Məsələn, bir neçə il öncə cüdoçularımız İrəvanda qalib olanda, himn çalınarkən, zaldan çıxmışdılar. Mən bunu təklif edirəm. Qaldı ki, bizim idmançılar ermənilərlə üz-üzə gəlsələr, udacaqlar".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |