
"Xəzər
Lənkəran”ın yeni baş məşqçisi Elbrus Məmmədovun köməkçiləri bəllidi. Sportnet.az
xəbər verir ki, ona hələ ki, Covanni Melkiorre və Vidadi Hüseynov kömək edəcək.
Bundan
başqa Məmmədov özünə daha bir köməkçi götürmək niyyətindədi. Lakin, həmin məşqçinin
kimliyi hələ ki, bəlli deyil.
"Qarabağ”ın sabiq üzvü Zaur Həşimovun "Xəzər Lənkəran”da işləyəcəyi ilə bağlı xəbərlər isə həqiqəti əks etdirmir. Elə Elbrus Məmmədov da saytımıza açıqlamasında belə bir məsələnin gündəmdə olmadığını bildirdi.