1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Jaba: "Gənclərin əhatəsində uğurlu oyun göstərmək çox çətindir" - MÜSAHİBƏ
"Bakı”nın yeni kapitanı Jaba klubun rəsmi saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Qış hazırlıq prosesini Bakıda keçirdiniz. Hazırlıq prosesi necə keçdi?
- Hazırlıq prossesində çox istəkli idik. Bu mövsüm komandamızda bəzi problemlər var. Biz gənc komandayıq. Ona görə də yüksək yerlər uğrunda mübarizə apara bilmədik. Amma inanıram ki, bəzi çətinliklər aradan qaldırılacaq və siz gələn mövsümdən əvvəlki "Bakı”nı görəcəksiniz. Bilirsiniz ki, mən əvvəllər də 3 il bu komandada oynamışam, çempion olmuşam, mövsümün ən yaxşı oyunçusu seçilmişəm. Avropa Liqasında "pley-off" mərhələsində oynamışam. Qazandığım uğurları təkrarlamaq, hər bir rəqibin komandama hörmətlə yanaşmasını, bizdən çəkinməsini görmək istəyirəm. Özümü evimdəki kimi hiss edirəm.
- İlk gəldiyiniz "Bakı” ilə indi gördüyünüz "Bakı” arasında hansı fərqlər var?
- O vaxtlar komandamızda maliyyə baxımından vəziyyət daha yaxşı idi. Hər il komandaya güclü legionerlər dəvət edilirdi. Hər mövqedə yüksək səviyyəli futbolçular çıxış edirdilər. Hazırda vəziyyət dəyişib. Amma mən burada çox xoşbəxtəm. Əksinə, bu dəfəki gəlişimdə komandaya daha da gərəkli olduğumu görürəm. Burada yerli gənc futbolçular çoxluq təşkil edir. Onların hamısı yaxşı futbolçulardır. Meydanda çox qaçırlar, istəklidirlər. Onlara tez-tez məsləhətlərimi verirəm. Təcrübəmi bölüşürəm. Təcrübələri az olduğundan, bəzən səhvlərə yol verirlər. Bu, futbolda normal haldır. Birdən-birə futbolçu olmurlar. Yavaş-yavaş, öyrənərək performans göstərəcəklər. İnşallah bir-iki ildən sonra onların içindən çox yaxşı futbolçular çıxacaq. Məşqçilərimiz də mənə tövsiyyə edirlər ki, gənclərlə meydanda danışım. Biz birlikdə bir komanda üçün çalışırıq. Bizim fərqimiz də bundadır. Çünki başqa şansımız da yoxdur. Bu heyətlə bu çempionatda oynamalıyıq.
- Azarkeşlər əvvəlki Jabanı nə vaxt görəcəklər?
- (Gülür) İndiki "Bakı”da oynamaqla o dönəmki komandada oynamaq arasında kəskin fərq var. Bu komanda gənclərdən təşkil olunub. Gənclərin əhatəsində uğurlu oyun göstərmək çox çətindir. Əvvəllər mənim üçün daha asan idi. Ətrafımda təcrübəli futbolçular cəmləşmişdi. Komandamızda heç bir problem yox idi. Amma Jaba dəyişməyib, elə həminkidir.
- Son oyunda kapitanlıq sarğısı sizin qolunuzda idi…
- Mənim 33 yaşım var. Bu yaşda kapitan olmağım normaldır. İki il bundan qabaq bu komandada oynadığım vaxtlarda hər kəsin rəğbətini qazanmışdım. Rəqiblər məndən və komandamdan çəkinirdilər. Yəqin ki əsas səbəb bu olub. Digər tərəfdən mən məşqlərdə və oyunda komanda yoldaşlarıma bir böyük kimi istiqamət verirəm. Yəqin ki, bu xasiyyətimə görə məni seçiblər. Bu, mənim məsuliyyətimi daha da artırıb.
- Qarşıda "Qəbələ” ilə oyun var...
- Hazırda komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Oyunun öz meydanımızda olması bizə əlavə üstünlük verir. Gənclərlə birgə daha çox qaçaraq, daha çox mücadilə edərək, bu oyunda qələbə qazananaraq çempionatda dönüş etmək istəyirik. Qələbə qazansaq, rəqiblərin bizə hörmətlə yanaşacağına şübhəm yoxdur.