
Bu gün futbol üzrə Topaz Premyer Liqasında XIX turun son 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" və "Xəzər Lənkəran" səfər matçlarına yeni baş məşçilərlə çıxacaqlar.
"Qırmızı-qaralar" Roman Qriqorçukla "Bakı"nın, "ağ-yaşıllar" isə Elbrus Məmmədovla "Simurq"un qonağı olacaqlar. Qış fasiləsində yeni futbolçularla güclənən "Qəbələ"nin paytaxt sınağı həm də qapıçı Kamran Ağayevin keçmiş komandasına qarşı çıxışı kimi də dəyərləndirilə bilərdi. Amma ötən gün əyalət təmsilçisi Ağayevlə yollarını rəsmən ayırıb. İndi Qriqorçuk yeni qapıçı Dmitri Bezotosnı başda olmaqla, Ukrayna "Çernomorets"indən özü ilə gətirdiyi 4 legionerə və "təcrübəli yerli oyunçu Rəşad Sadiqova güvənə bilər.
Mövsümün ilk yarısından sonra strategiyasını dəyişən "Xəzər Lənkəran"ı isə Avropa Liqasına can atan "Simurq"la gərgin oyun gözləyir. Hazırda hər iki komanda turnir cədvəlində qonşu mövqelərdə qərarlaşıb. 4-cü pillədə olan Zaqatala təmsilçisi "İnter" və "Neftçi"nin büdrəməsindən sonra liderlər qrupuna daha da yaxınlaşmaq niiyyətindədir. Amma cənub komandasının səfərdən qalib ayrılaraq, eyni hədəfə çatması inandırıcı görünmür.
Son 2 oyunun nəticəsi turnir cədvəlinə də təsirsiz ötüşməyə bilər. "Bakı" üzərində qələbə şansı daha real görünən "Qəbələ", "Simurq"la "Xəzər Lənkəkəran" arasında "sülh" olacağı təqdirdə, 4-cü pilləyə şərik çıxacaq.
1 fevral (bazar)
14:00. "Bakı” – "Qəbələ” - 0:2
Qol: Cavid Hüseynov, 56 - penalti ilə. Vüqar Bəybalayev, 86 - öz qapısına
Qol: Cavid Hüseynov, 56 - penalti ilə. Vüqar Bəybalayev, 86 - öz qapısına
"Bakı”: 12. Elxan Əhmədov, 6. Vüqar Bəybalayev, 15. Azad Kərimov, 21. Elşad Manafov, 2. Nicat Əsgərov, 99. Kamil Nurəhmədov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 85. Jaba (k)
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 54. Mətin Əbilsoy, 16. Rüstəm Rüstəmli, 77. Ramazan Abbasov, 9. Raul Yaqubzadə, 45. Mahir Mədətov
Baş məşqçi: İbrahim Uzunca
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ruslan Əmircanov, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov
17:00. "Simurq” – "Xəzər Lənkəran” 2:0
Qollar: Elnur Abdullayev, 51. Rəşad Abdullayev 60
Qollar: Elnur Abdullayev, 51. Rəşad Abdullayev 60
"Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak, 20. İdan Vaytsman
Baş məşqçi: George Çixradze
"Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 34. Elnur İsmayılov, 99. Maqsum Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-İnspektor: Fazil Mürşüdov.









































































