Bolqarıstan "Lokomotiv"inin (Plovdiv) futbolçusu Dani Kiki karyerasını Azərbaycanda davam etdirə bilər. Sportnet.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, futbolçu Azərbaycan klublarının birinin heyətində Türkiyə toplanışında da olub.
27 yaşlı hücumçunun Plovdiv təmsilçisi ilə yolların ayrılmasına səbəb klubun maliyyə böhranı yaşaması olub. Rəhbərlik Kikinin transferindən gələn gəlirlə, maddi vəziyyəti bir az da olsa, düzəltməyi planlaşdırır.