"Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Çox vacib qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Bakı"ya 4:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XX tur matçından sonra deyib.
Darmadağına baxmayaraq, Qurbanov bəzi çatışmazlıqların olduğunu bildirib: "İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin, bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım. "Bakı" klubuna uğurlar arzulamaq istəyirəm".
Qarşıda "Qarabağ"ı qış fasiləsindən sonra hər iki matçını qələbə ilə başa vurmuş AZAL-la ciddi sınaq gözləyir. 43 yaşlı mütəxəssisin sözlərinə görə, "təyyarəçilər" son vaxtlar çox gözəl oyun nümayiş etdirir: "Sona kimi döyüşən komandadır. Onlara qarşı ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, AZAL - "Qarabağ" matçı fevralın 11-də keçiriləcək.