AFFA-nın İntizam Komitəsi Topa Premyer Liqasının son turunda baş verənlərlə bağlı cərimələri açıqlayıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi"yə "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cəza kəsilib.
Oyunun 52-ci dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Bundan başqa əvəzedici heyətlərin XXII turunun "Sumqayıt” – AZAL matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə edilib və oyunun 10-cu dəqiqəsində "təyyarəçilər"in futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Bunun üçün AZAL 1000 manat cərimə ödəyəcək.