Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, turun mərkəzi görüşü olan "Neftçi" - "Qarabağ" matçı Əliyar Ağayevə həvalə olunub.
"Qəbələ" - "Xəzər Lənkəran" arasında keçiriləcək oyunda isə Rəhim Həsənov ədaləti bərpa edəcək.
19 fevral (cümə axşamı)
15:00. AZAL – "İnter”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim – inspektor: Murad Məmmədov
"AZAL Arena”
17:00. "Qəbələ” – "Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim – inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
17:00. "Simurq” – "Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim – inspektor: Əhmədağa Cabbarov
Zaqatala şəhər stadionu
19:00. "Neftçi” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim – inspektor: Məlik Həsənov
"Bakcell Arena”