
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında "İnter" klubunun cərimələnməsi barədə qərar qəbul edilib. Sportnet.az-ın məlumatınaa görə, klub prezidenti Georgi Nikolov qərarla bağlı fikirlərini bildirib.
Bolqarıstanlı iş adamı qərarın maliyyə hissəsi ilə razılaşmadıqlarını deyib: "AFFA-nın İntizam Komitəsinin "İnter"lə bağlı qərarının maliyyə hissəsini kifayət qədər sərt qarşılayırıq və bununla bağlı AFFA-nın Apellyasiya və Ekspertlər Komitəsinə müraciət etməyi planlaşdırırıq".
Qeyd edək ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında AZAL-la oyunda baş verənlərə görə "İnter" klubu ümumilikdə 15 000 manat cərimə olunub.












































































