
Bu gün Topaz Premyer Liqasının XXV turunun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, tura Bakıda start veriləcək və son oyun Qəbələdə keçiriləcək.
İlk olaraq futbol azarkeşləri paytaxt derbisini izləyə biləcək. "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "İnter"i qəbul edəcək. Bu görüş hər iki Bakı təmsilçisi üçün böyük əhəmiyyət kəsb edir. Meydanı 3 xalla tərk edən komanda lider "Qarabağ"la xal fərqini azalda bilər. Bunun üçün Ağdam təmsilçisi "Xəzər Lənkəran"la matçda xal itirməlidir. Son turda "Qəbələ"yə Bakıda məğlub olan Qurban Qurbanovun komandası 3 xal qazanacağı təqdirdə, liderlik mövqeyini qorumuş olacaq. "Neftçi" ilə matçda qeydə alınacaq heç-heçə isə "bankirlər"i elə 2-ci pillədə də saxlayacaq.
Paytaxt derbisinin startından 1 saat sonra AZAL Şüvəlanda "Bakı"nı sınağa çəkəcək. Cari mövsüm qarşısında heç bir məqsədi olmayan "təyyarəçilər"in autsayderi məğlub edəcəyi təqdirdə də heç bir mövqe dəyişikliyi olmayacaq.
Günün və turun son oyununda "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. "Qırmızı-qaralar" yenə 3 xal qazanacaqları təqdirdə, turnir cədvəlindəki mövqeyini bir az da yaxşılaşdıracaq.
8 mart (bazar)
15:00. "Neftçi” – "İnter” - 0:2
Qollar: Məqsəd İsayev, 49 (avtoqol).
Asif Məmmədov, 87
"Neftçi”: 1. Aqil Məmmədov 2. Karlos Kardozo 3. Denis Silva 7. Araz Abdullayev 9. Flavinyo (k) 10. Julius Vobay 11. Nikolas Kanales 15. Erik Ramos 16. Əziz Quliyev 19. Mirhüseyn Seyidov 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç 5. Elvin Yunuszadə 22. Rauf Əliyev 17. Rəhman Hacıyev 18. Kaue da Silva 21. Samir Məsimov 28. Emin Mehdiyev
Baş məşqçi: Arif Əsədov
"İnter”: 25. Səlahət Ağayev (k) 3. Laşa Salukvadze 8. Mikel Alvaro 10. Elvin Məmmədov 12. Franka Nildo 15. Yohan Bokonyano 17. Məhəmməd Mirzəbəyov 21. Arif Daşdəmirov 23. Vojislav Stankoviç 82. Ruben Şaken 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya 11. Asif Məmmədov 22. Əfran İsmayılov 24. Fuad Bayramov 28. Baçana Sxadadze 33. Matiya Şpiçiç 80. Nizami Hacıyev
Baş məşqçi: Kaxaber Sxadadze
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:00. AZAL – "Bakı” - 2:0
Qol: Aydın Qasımov, 79. Nicat Qurbanov, 90+1.
Qırmızı vərəqələr: Rəşad Abdullayev, 86
- Jaba, 70
AZAL: 85. Kamal Bayramov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 18. Orxan Lalayev, 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov
"Bakı”: 1. Elçin Sadıqov, 2. Nicat Əsgərov, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 15. Azad Kərimov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 11. Tural Qürbətov, 28. Ülvi Quliyev, 45. Mahir Mədətov, 54. Mətin Əbilsoy
Baş məşqçi: İbrahim Uzunca
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
AZAL Arena
17:00. "Qarabağ” – "Xəzər Lənkəran” - 1:0
Qol: Riçard Almeyda, 48
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 41. Leroy Corc, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 24. Admir Teli, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov
"Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə, 63. Alfred Sankoh, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Cavanşir Yusifov, Munis Abdullayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Kərim Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. "Qəbələ” – "Sumqayıt” - 2:0
Qol: Viktor Mendi, 22; 34.
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 18. Ruslan Fomin, 20. Rikardinyo, 25. Adrian Ropotan, 99. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
"Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 8. Budaq Nəsirov, 14. Məhəmməd Qurbanov, 17. Pərdis Fərcad-Azad, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 9. Orxan Əliyev, 15. Nodar Məmmədov, 21. Ramil Orucov, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu