
Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 oyundan 3-ü 6 hakimin iştirakı ilə keçiriləcək.
FİFA referilərindən Əliyar Ağayev AZAL - "Neftçi" matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Əvəzində Rəhim Həsənov 4 hakimlik yeganə oyunu - "Xəzər Lənkəran" - "İnter" qarşılaşmasını idarə edəcək.
13 mart (cümə)
15:00. AZAL – "Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı, "AZAL Arena"
15:00. "Bakı” – "Qarabağ”
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakı” klubunun təlim-məşq bazasının stadionu
17:00. "Xəzər Lənkəran” – "İnter”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. "Simurq” – "Qəbələ”
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zaqatala şəhər stadionu.