1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rikardinyo: "Cavid Hüseynovu başa düşə bilmirəm" - MÜSAHİBƏ
"Qəbələ"nin müdafiəçisi Rikardinyo "İnter"lə matçdan sonra jurnalistlərə açıqlama verib. Sportnet.az həmin müsahibəni təqdim edir.
- "İnter"lə oyun haqda fikirlərinizi bildirərdiniz...
- Yaxşı oyun keçdi. Bir yerdə çalışdıq ki, rəqib qol vurmasın. Nəhayət ikinci hissədə istəyimizə çatdıq.
- Demək olar ki, "Qəbələ"nin heyətində səhvsiz oynayan futbolçu oldunuz...
- Fikirləşmirəm ki, səhvsiz oynadım. Hər bir futbolçu kimi məndə də səhv olur.
- "Qəbələ"də ən önəmli futbolçulardansınız. Artıq komandaya uyğunlaşa bilmisiniz?
- Hesab etmirəm ki, ən önəmli futbolçulardanam. Çünki biz komanda şəklində oynayırıq. Uyğunlaşmağa gəldikdə isə ilk oyun idi ki, bütün oynu oynadım və pis alınmadı. Hərdən Cavid Hüseynovu başa düşə bilmirəm. Çünki hərdən topu onun ayağına, hərdən də boş mövqeyə ötürməliyəm. Bunun üzərində bir az işləməliyəm.
- Qarşıda uzunmüddətli fasilə var. Bu Azərbaycana gələn legionerlər üçün təəccüblü olur. Sizin üçün necədir?
- Bəli, ilk dəfədir ki, belə şey gördüm. Adətən mövsümün sonunda belə fasilə olur. Ancaq bunun olması yaxşıdır ki, biz də istirahəet edib, ailəmizi görə bilirik.
- Müsbət enerjili birisiniz. Bu qələbədən irəli gəlir, ya xasiyyətiniz belədir?
- Həmişə həyata müsbət tərəfdən baxıram. Üstəlik qələbə də qazanmışıq.