Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan- Malta oyunun da zədələnərək meydanı tərk edən yarımmüdafiəçisi Namiq Ələsgərov müayinə olunub. Sportnet.az-ın məlumatına görə, MR müayinəsindən sonra Ələsgərovun zədəsinin ciddi olduğu məlum olub.
Futbolçunun ön çarpaz bağları sıradan çıxıb. 19 yaşlı futbolçunun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Qeyd edək ki, Namiq Ələsgərovdan öncə Çumbinyo "Qarabağ"ın oyununda zədələnərək uzunmüddətə sıradan çıxmışdı.
Qeyd edək ki, Namiq Ələsgərovdan öncə Çumbinyo "Qarabağ"ın oyununda zədələnərək uzunmüddətə sıradan çıxmışdı.