"Neftçi"nin hücumçusu Nikolas Kanales Azərbaycan Kubokunun "İnter"lə ilk yarımfinal matçının ardından Sportnet.az saytının suallarını cavablandırıb.
- Oyun barədə fikirlərinizi bilmək istərdik...
- Ağır oyun oldu. Çünki "İnter həmişə yaxşı oyun göstərir və bizimlə oyunlarda həmişə güclü təsir bağışlayır. Təsadüfi deyil ki, iki oyunda bu komandaya uduzmuşduq.
- Kanales son oyunlarda öz məhsuldarlığı ilə seçilir. Demək olarmı ki, artıq o, əvvəlki formasına qayıdıb?
- Artıq oyunlar bir az fəqlidir. Məncə, rəqib komandalar da artıq güclənib. İnanmıram ki, indi bombardir 20-30 qola çata bilsin. Artıq bu, çox ağırdır.
- 2:0-dan sonra şanslar yenə 50-50-dir?
- Məncə, cavab görüşündə başqa sistemlə oynamaq lazımdır ki, qol buraxmayaq.
- Necə fikirləşirsiniz: bu oyunla finalda "Qarabağ" və ya "Simurq"u udmaq olar?
- Bugünkü kimi oynasaq, bəli. Çoxdandır belə oyun göstərmirdik.
- İlk dəfə "Neftçi"yə gələndə və indi Sizcə, çempionat çoxmu aşağı düşüb?
- Bəzi komandalarda iqtisadi problemlər var. Kiçik komandalar artıq rəqib ola bilmirlər. Bu da çempionatın formalaşmasına çox pis təsir göstərir. Ancaq deməzdim ki, çempionatın səviyyəsi aşağı düşüb. Çünki bəzi komandaların səviyyəsi artıb. Məsələn, "Sumqayıt"la oynamaq artıq bizə ağır gəlir. Yəni hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |