
Aprelin 15-də "Cristal Hall”da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək. Sportnet.az-ın məlumatına görə, beş gün davam edəcək yarışda yerli idmançılarla yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq.
Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək. Azərbaycan milli komandası "Böyük İpək Yolu” turnirində bu heyətlə çıxış edəcək:
49 kq: Salman Əlizadə,Rüfət Hüseynov, Cavid Dadaşov,
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə
56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev
60 kq: Elvin İsayev
64 kq: Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev
69 kq: Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç
75 kq: Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov
81 kq: Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev
91 kq: Teymur Məmmədov
+91 kq: Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev
Qızlardan ibarət milli komanda
Anaxanm Ağayeva, Əzizə Abbasova (hər ikisi 51 kq), Anna Əlimərdanova (54 kq), Yana Alekseyeva (60 kq), Yelena Vıstropova (64 kq), Leyla Cavadova (75 kq).
Qeyd edək ki, yarışların günorta proqramı hər gün saat 13:00-da, axşam proqramı isə 19:00-da start götürəcək. Yalnız aprelin 15-də turnir saat 19:00-da başlayacaq