Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, 6 ölkədən 8 komanda növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni davam etdirir.
İtaliya təmsilçilərindən "Fiorentina" "Dinamo" Kiyevin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Almaniyada "Volsburq"la qarşılaşan "Napoli" isə rəqibinə aman verməyib - 4:1."Dnepr" ötən mərhələdə Türkiyə "Beşiktaş"ını mübarizədən kənarlaşdırmış Belçika "Brügge"sinin qonağı olub. Oyunda hesab açılmayıb. İspaniya "Sevilya"sı Rusiya "Zenit"ini son dəqiqələrdə yenməyə müvafiq olub - 2:1.
Avropa Liqası
1/4 final, ilk oyunlar
00:05. "Brügge" (Belçika) - "Dnepr" (Ukrayna) 0:0
Baş hakim: Damir Skomina (Sloveniya)
00:05. "Sevilya" (İspaniya) - "Zenit" (Rusiya) 2:1
Qollar: Bakka, 73, Suares, 88 - Ryazantsev, 29
Baş hakim: Bas Neyxeys (Hollandiya)
00:05. "Volfsburq" (Almaniya) - "Napoli" (İtaliya) 1:4
Qollar: Benntner, 80 - İquanin, 15, Qamşik, 23, 64, Qabbyadini, 77
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
00:05. "Dinamo" (Kiyev, Ukrayna) - "Fiorentina" (İtaliya) 1:1
Qollar: Lens, 36 - Babakar, 90+2
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.