1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"dan İdman Arbitraj Məhkəməsinə şikayət
Azərbaycanın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasında qrup mərhələsinin son turunda İtaliya "İnter"inin qapısına vurduğu qolun sayılmaması ilə əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Türkiyə mətbuatına Ağdam təmsilçisinin vəkili Qürur Qaye Günal açıqlama verib.
Q.Günal məhkəmədə "Qarabağ"ı təmsil edəcəyini bildirib. O, "İnter"lə matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeydanın təmiz qol vurduğu halda, "ofsayd" qərarı verildiyini xatırladıb. Vəkil deyib ki, şikayət sayılmayan qolla yox, oyun qaydalarının aşkar şəkildə pozulması ilə əlaqədardır: "Biz CAS-a müraciət edərək, UEFA Nizam-İntizam və Etika Komitəsinin verdiyi qərarın ləğvini tələb edəcəyik".
Q.Günal, CAS prosesinin 5-6 aya qədər çəkəcəyini əlavə edib.