Bu gün Topaz Premyer Liqasında XXXII tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "İnter" Zaqatalada yerli "Simurq"un qonağı olaub. Matç "Bankirlər"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər görüşü "Neftçi" ilə "Sumqayıt" arasında baş tutub. Bu oyunda qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
01 may (cümə)
"Simurq” – "İnter” 2:3 Qollar: Samir Zərgərov, 8, Vadim Abdullayev, 22 - Arif Daşdəmirov, 2, Mikel Alvaro, 37, 43
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu, 17:00
"Simurq”: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 22. Cihan Özkara, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov, 81. Nicat Muxtarov. Baş məşqçi: George Çixradze
"İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.