
Hazırda Qəbələdə davam edən "Qəbələ" - "Qarabağ" matçında qonaq komandanın azarkeşləri ilə polis arasında insident yaşanıb. Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, 55-ci dəqiqədə Reynaldonun vurduğu qolu qeyd edən "İmarət" fan-klubunun azarkeşləri fakel yandıraraq atıblar.
O isə meydanın kənarında dayanan yanğınsöndürmə maşının yanına düşüb. Bundan sonra "Qarabağ" azarkeşlərinin yanına polis gəlib. Və bir müddət aralarında insident yaşanıb.
Qeyd edək ki, hazırda "Qarabağ" 1:0 hesabı ilə öndədir.