
"Qəbələ" daha bir transferini rəsmiləşdirib. Sportnet.az-ın qol.az-a istinadən məlumatına görə, son mövsümün bürünc mükafatçısı sıralarını "Simurq"la yollarını ayıran Samir Zərgərovlə gücləndirib.
29 yaşlı yarımmüdafiəçiylə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zərgərov Zaqatala təmsilçisinin 3 aya yaxın məvacibləri ödəyə bilməməsindən sonra komandadan ayrılıb.