
"Xəzər Lənkəran"ı "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXXIII tur matçına çıxarmış Yunis Hüseynovun oyunsonrası mətbuat konfransına qatılmamasının səbəbi müəyyənləşib. Klubdan Sportnet.az-a verilən məlumata görə, Hüseynov oyunun bitməsinə bir neçə dəqiqə qalmış artıq stadionu tərk edib.
Tanınmış mütəxəssis xəstə yanına tələsdiyin üçün AFFA nümayəndəsini xəbərdar etməyi unudub. Nəticədə mətbuat konfransına onun özü yox, Elbrus Məmmədov qatılıb. "Xəzər Lənkəran" isə İntizam Komitəsi tərəfindən 1000 manat dəyərində cəzaya məruz qalıb. Klub rəsmisi qərardan şikayət etməyəcəklərini və cəriməni ödəməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədovun A lisenziyasının vaxtı bitdiyi üçün komandanı oyuna Yunis Hüseynov çıxarmışdı.