"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk "Simurq"un bombardiri Draqan Çeranın transferindən imtina edib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis serbiyalı hücumçunu bəyənməyib.
Hazırda maliyyə problemləri yaşayan "Simurq"un aparıcı futbolçusu və digər legionerləri ona klub rəsmiıəri tərəfindən təklif olunub. Lakin bir müddət diqqət mərkəzində saxladıqdan sonra Qriqorçuk bu futbolçunun ona lazım olmayacağını bildirib. Əvəzində "Simurq"dan Samir Zərgərovun transferi böyük ölçüdə həllini tapıb.
Qeyd edək ki, Draqan Çeran hazırda 12 qolla Premyer Liqanın bombardirləri arasında yer alıb. Onunla "Neftçi"nin də maraqlandığı bildirilir.