
Zaqatalanın "Simurq" klubu daha bir legioner tərk edir. Bu barədə Sportnet.az-a klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib.
Klub rəsmisi bildirib ki, İsraildən olan müdafiəçi İdan Vaytsman "Simurq"dan ayrılacaq.
Onun üçün mayın 18-nə bilet alınacaq və futbolçu vətəninə geri dönəcək.
Qeyd edək ki, maddi problemlər yaşayan "Simurq"u Cihan Özkara, Əli Gökdemir, Benjamin Lambot, Patrik Osiako və Styepan Polyak kimi legionerlər də tərk ediblər.