"Bu, "Qarabağ"da 4-cü kubokumdur. İki dəfə kubok, iki dəfə də çempionluq qazanmışam. İnşallah, iyunun 3-də daha bir kubok qazanarıq. Keçirdiyim hissləri izah etmək mənə çox çətindir". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Namiq Yusifov deyib.
Topaz Premyer Liqasının XXXIV turunda "Sumqayıt"i 1:0 hesabı ilə məğlub edərək "Qarabağ" sona 2 tur qalmış çempion adını qazanıb. Yusifov oyunsonrası açıqlamasına bunları əlavə edib: "Bu il bizim üçün çox uğurlu keçdi. Avropa Liqasının qrup mərhələsinə düşdük, çempionluğu qazandıq, kubokun finalına adladıq. Çoxdandır eyni vaxtda çempion olaraq, kubokun finalçısı ola bilmirdik. Şükürlər olsun ki, belə şans yarandı".
Qarşıdan gələn "Neftçi" ilə Azərbaycan kubokunun finalı haqda isə təcrübəli müdafiəçi bunları deyib: "Kubok oyununa hələ vaxt var. Hazırlaşacağıq. Bizdə uşaqlar peşəkardırlar. Oyunun ciddiyyətini dərk edirlər. Ona görə də düşünürəm ki, oyunu yaxşı nəticə ilə başa vuracağıq. İstəyimiz "qızıl dubl"dur. Qismətimizdə varsa, olacaq. Biz əlimizdən gələni edəcəyik. "Qarabağ" həmişə qarşısına yüksək hədəflər qoyur. Ancaq qarşıdan gələn mövsüm avrokuboklarda necə nəticə əldə edəcəyimizi zaman göstərəcək. Həmişə yüksək nəticə üçün oynamağa çalışmışıq".
Yusifov sonda komanda ilə birgə olan azarkeşlərə də minnətdarlıq edib: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, həm Azərbaycan Kubokunun finalında, həm də Çempionlar Liqasında uğurlu nəticə ilə tərəfdarlarımızı sevindirək".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |