
AZAL-ın futbolçusu Freddi Mombonqo pokerə imza atıb. Sportnet.az-ın məlumatına görə, o, Topaz Premyer Liqasının XXXV turunda "Simurq"la oyunda 4 dəfə fərqlənməyə müvəffəq olub.
Konqolu hücumçu görüşün 18, 39, 42 və 80-ci dəqiqələrində Zaqatala təsmilçisini məyus edib.
Beləliklə, Mombonqo ölkə çempionatında qol sayını 17-yə çatdıraraq, bombardirlər sırasında ilk pilləyə yüksəlib.
Qeyd edək ki, görüş 5:0 hesabı ilə paytaxt klubunun xeyrinə başa çatıb.