
"Bizim işimiz mövsüm boyu yaxşı oyun sərgiləyib, yaxşı nəticə əldə etməkdir. Şükürlər olsun ki, bu il də ikinci çempionluğumuzu qeyd etdik". Spornet.az-ın məlumatıan görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XXXV turunda "İnter" 1:2 hesabı ilə məğlub olan Ağdam təmsilçisini baş məşqçisi jurnalistlərlə söhbətində komandasının avrokubok və Azərbaycan kubokunun final oyununda şanslarını qiymətləndirib: "Qarşıda qalıb kubokun finalı. Baxmayaraq ki, mövsüm başa çatır, bizim üçün hələ mövsüm bitməyib. Futbolçularıma təşəkkür edirəm, yaxşı, uğurlu, ağır sınaqdan keçdilər. Buna görə hər bir azarkeşimizi, klub rəhbərliyini təbrik etmək istəyirəm. Ağır mövsüm olsa da, sonda bizim istədiyimiz kimi oldu.
İlk olaraq bu mövsümü bitiməliyik ki, sonra digər turnirə hazırlaşaq. Mütləq çalışmalayıq ki, daha yaxşılaşaq uğurlu nəticə əldə edək. Bizim üçün ən vacib olan ilk oyunumuzdur. Bu oyuna həddindən artıq ciddi hazırlaşmalıyıq. Sonra artıq digər oyunlar haqda düşünmək olar. İnşallah çalışacağıq ki, komandamızı daha da yaxşı formalaşdıraq.
Bu gün oyunumuz bitdi, bir neçə gün istirahətdən sonra final oyunu barədə düşünəcəyik. Uğurlu nəticə əldə etmək istəyirik".