
Ona klubun vitse-prezidenti Fariz Nəcəfov tərəfindən keçirdiyi oyun sayına uyğun olaraq, 127 nömrəli forma verilib. Ardından Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın 15 qolla bombardiri olmuş "Bakı"nın hücumçusu Nurlan Novruzova xüsusi mükafat təqdim edib. Ən sonra "Qəbələ"nin futbolçuları, məşqçilər heyəti və rəhbərliyi səhnəyə dəvət olunaraq, bürünc medallarına qovuşub.
