
Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş "Polad döyüşçülər” ("Stalnıe voinı”) adlı döyüş gecəsində yerli Aleksandr Boykoya qalib gələn Azərbaycanın və "Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov Vətənə dönüb. Sportnet.az-ın məlumatına görə, döyüşçünü "Qəbələ" azarkeşləri və media nümayəndələri qarşılayıb.
Hava limanında media nümayəndələri üçün təşkil edilən brifinqdə Abbasov qələbəsinin sirrini də açıqlayıb. O bildirib ki, çəki dərəcəsini yüksəltdikdən sonra qalib gəlməsi asanlaşıb.