1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elman Rüstəmov: "Proqnoz vermək çətindir"
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Dünya Kubokunun 1/4 finalında mübarizəni davam etdirən Şəhriyar Məmmədyarovun çıxışı haqda danışıb. Sportnet.az-.ın məlumatına görə, mütəmadi olaraq Dünya Kubokunda nəticələrlə bağlı məlumat aldığını deyib.
E.Rüstəmov 1/4 finala gəlməkdə əsas məqsədinin Şəhriyar Məmmədyarova dəstək vermək olduğunu bildirib: "Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindir. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindir".
1/4 finalda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır. Federasiya rəhbəri şahmatçımızdan bu görüşdə də uğur gözlədiyini bildirib: "Şəhriyarın xarakterini bilirik, ona görə şahmatçımızdan daha böyük uğurlar gözləyirik. Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir. Şahmatda proqnoz vermək çətindi, amma biz ona inanırıq. Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".
Elman Rüstəmov bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirdi: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Mötəbər yarşın ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".