1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarovdan növbəti nailiyyət
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son 11 gün ərzində ikinci yarışın qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster bu dəfə "Sibir-Sirius" klubunun heyətində Rusiya çempionu olub. 7 turluq mübarizənin yekununda Məmmədyarovun komandası 14 xalla 1-ci yeri tutub. "Sibir-Sirius" ən yaxın izləyicisi ŞSM-i 3 xal geridə qoyub.
Qalib komandanın heyətində Məmmədyarovdan əlavə, keçmiş dünya çempionu Vladimir Kramnik, eləcə də Aniş Giri, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin, Anton Korobov və Denis Xismatullin yer alıb.
Qeyd edək ki, Azərbaycan şahmatçısı aprelin 30-da Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017"nin qalibi olub.