1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarovdan növbəti qələbə - YENİLƏNDİ
Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Rəqib 64-cü gedişdə təslim olub.
Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.
İddiaçılar Turniri, VI tur
Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5
Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0
Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0
Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.