Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VI turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun son görüşündə Rauf Məmmədov turnir cədvəlinin lideri bolqarıstanlı Veselin Topalovla üz-üzə gəlib. Qarşılaşma 52-ci gedişlə sonra heç-heçə başa çatıb - 0.5:0.5. Azərbaycanın digər təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da turu bərabərliklə başa vurub.
"Shamkir Chess 2018”
VI tur
25 aprel
Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa) - 0.5:0.5
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0.5:0.5
Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan) 0.5:0.5
Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 1:0
Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5