
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb. O, IX turda qara fiqurlarla Mələk İsmayıla qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə ikiqat ölkə çempionu olub.
O, daha əvvəl 2017-ci ildə bu adı qazanıb.
Qeyd edək ki, 2-3-cü yerləri hərəyə 6,5 xal yığan Xanım Balacayeva və Gövhər Beydullayeva tutub.