Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında VIII turun oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib İran yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Komandanın heyətində Qədir Hüseynov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub.
Rauf Məmmədov rəqibini məğlub edib, Arkadi Naydiç isə uduzub.
Dünya çempionatı, VIII tur
İran - Azərbaycan - 2:2
Parham Maqsudlu - Arkadi Naydiç - 1:0
Puya İdani - Rauf Məmmədov - 0:1
Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5
Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 6-cı, İran isə 8-ci xalını qazanıb. Dünya çempionatına sabah yekun vurulacaq.
Dünya çempionatı, VIII tur
13:00. İran - Azərbaycan - 2:2
Parham Maqsudlu - Arkadi Naydiç - 1:0
Puya İdani - Rauf Məmmədov - 0:1
Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5
Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5
Bu gün İsveç - Rusiya, Hindistan - ABŞ, Misir - Qazaxıstan və Çin - İngiltərə qarşılaşmaları da oynanılacaq.
Qeyd edək ki, sona 2 tur qalmış turnir cədvəlinə 12 xalla Rusiya başçılıq edir. İngiltərə 11 xalla 2-ci, Hindistan 10 xalla 3-cü yerdə qərarlaşıb. ABŞ və Çin hərəyə 8 xalla 4-5-ci yerləri bölüşür. İran 7 xalla 6-cı, Azərbaycan 5 xalla 7-cidir. Qazaxıstan və İsveç hərəyə 4 xalla 8-9-cu yerləri bölüşürlər. 1 xala malik Misir isə sonuncudur.