Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess" superturnirinə start verilib.
Sportnet.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışdan öncə 31 mart - Azərbaycanlıların Soyqırımı gününün 101-ci ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub.
Daha sonra rayonun icra başçısı Alimpaşa Məmmədov Azərbaycan təmsilçisi Teymur Rəcəbov və norveçli dünya çempionu Maqnus Karlsen arasındakı görüşdə rəmzi gediş edib.
İlk tur qarşılaşmalarının heç birində qalib müəyyənləşməyib. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla, Teymur Rəcəbov isə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə xalları yarı bölüb. Digər görüşlər də heç-heçə ilə yekunlaşıb.
"ShamkirChess 2019"
I tur
Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya) - 0,5:0,5
Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.