Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində IV turun görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Çexiyalı David Navara ilə qarşılaşan Şəhriyar Məmmədyarov da görüşünü heç-heçə ilə başa vurub. IV turun qalan 3 görüşündə də qalib müəyyənləşməyib.
"ShamkirChess 2019"
IV tur
3 aprel
Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) - 0,5:0,5
Qeyd edək ki, 4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir. 2,5 xalı olan Dinq Liren və Sergey Karyakin 2-3-cü, 2 xalı olan Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 4-6-cı yerləri bölüşdürürlər. 1,5 xalı olan Aniş Giri, Aleksandr Qrişuk, David Navara və Şəhriyar Məmmədyarov 7-10-cu yerlərdədirlər.