Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Şəhriyar Məmmədyarov 2 759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. 2 738 xalı olan Teymur Rəcəbov 13-cü yerdən 18-ci pilləyə düşüb.
Qədir Hüseynov (2 668) 3 sıra geriləyərək 81-ci, Rauf Məmmədov (2 656) isə 4 pillə itirərək 92-ci olub.
Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzcanı (2 793) 3-cü sırada yer alıb.
Qadın şahmatçılardan Gülnar Məmmədova (2 383) 22-ci, Ülviyyə Fətəliyeva (2 317) 52-ci, Günay Məmmədzadə (2 277) 68-cidir.